AZƏRBAYCAN VƏ UKRAYNA PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Prezident Leonid Kuçma görüşdə çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdikləri təkbətək görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafının perspektivləri barədə səmərəli müzakirələr aparılmışdır. O, xüsusi vurğuladı ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Ukrayna əlaqələrinin möhkəm təməli var və bu gün iki dost ölkə arasında əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya dövlət səfərinə dəvətə və özünə, habelə respublikamızın nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq edərək dedi ki, Ukrayna və Azərbaycan xalqlarının tarixi dostluq əlaqələri var və ölkələrimiz indi də bütün sahələrdə uğurlu əməkdaşlıq edirlər.
Görüşdə Ukrayna-Azərbaycan hökümətlərarası komissiyasının hazırladığı sənədlər, iki dövlətin müxtəlif strukturlarının əməkdaşlğı, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.