Azərbaycan Velosiped İdmanı Federasiyasının adı və loqotipi dəyişdirilib
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı rəsmi olaraq dəyişdirilib.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, federasiya bundan sonra Azərbaycan Velosiped Federasiyası (AVF) adlanacaq.
Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.
Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib. Yaxın günlərdə Azərbaycan Velosiped Federasiyasının yenilənmiş saytı da oxucuların istifadəsinə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]