Azərbaycan velosipedçisi Əli Qurbanov Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubuna keçib
Bakı, 31 yanvar, AZƏRTAC
Şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü Əli Qurbanov Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubuna keçib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qardaş ölkə təmsilçisinin sosial media hesabında “Komandaya xoş gəldin Əli Qurbanov” başlığı altında paylaşım edilib.
Artıq Ə.Qurbanov yeni komandasının heyətində debüt edib - velosipedçimiz bazar günü Alanya bölgəsində keçirilən 1.2 kateqoriyalı “Grand Prix Megasaray” yarışında mübarizə aparıb və 126 kilometr məsafəni 2 saat, 46 dəqiqə, 4 saniyəyə başa vurub.
Qeyd edək ki, 21 yaşlı idmançımız “Sakarya BB Pro Team” klubunda çıxış edən sayca ikinci velosipedçimizdir. Elit yığmamızın kapitanı Elçin Əsədov artıq ikinci mövsümdür ki, Türkiyə təmsilçisinin heyətində mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]