AZƏRBAYCAN VETERAN CÜDOÇULARI DÜNYA ÇEMPİONATINDA UĞURLU ÇIXIŞ ETMİŞLƏR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Belçikada veteran (usta) cüdoçular arasında ənənəvi dünya çempionatı başa çatmışdır.
Çempionatda Azərbaycanın idman şərəfini qoruyanlar arasında Zülfiyə Hüseynova həm öz, həm də mütləq çəki dərəcəsində uğurlu çıxış edərək iki qızıl medala sahib olmuşdur. Digər cüdoçumuz Azər Əsgərov da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Fərhad Rəcəbli 2-ci, Mübariz Cəfərov və Tərlan Poladov isə 3-cü yerləri tutmuşlar.
Azərbaycan komandası ümumi hesabda 3-cü yerə çıxmışdır.
Bu yarışda yaşı 40-ı ötmüş usta cüdoçular mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]