AZƏRBAYCAN YENİ LAYİHƏYƏ DAXİL EDİLMİŞDİR
Azərbaycan, Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzinin (İKARDA) hazırladığı “Su ehtiyatlarından səmərəli istifadə olunması vasitəsilə kəndlərdə həyat səviyyəsinin yüksəldilməsi” layihəsinə daxil edilmişdir. Bu xəbər Azərbaycan Aqrar Elm Mərkəzinə İKARDA-nın Orta Asiyadakı regional mərkəzindən daxil olmuşdur.
Həmin mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, Asiya İnkişaf Bankının maliyyələşdirəcəyi layihə Orta Asiya respublikalarını da əhatə edir.
Fevralın 18-də Daşkənddə bu layihə ilə bağlı seminar keçiriləcəkdir. Həmin tədbirə ölkəmizin müvafiq təşkilatlarının nümayəndələri də dəvət olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]