AZƏRBAYCAN YIĞMA FUTBOL KOMANDASININ ÜZVLƏRİ SUMQAYITDA MƏSKUNLAŞMIŞ MƏCBURİ KÖÇKÜN ŞAGİRDLƏRLƏ GÖRÜŞMÜŞLƏR
AFFA ilə UNİCEF arasında imzalanmış memoranduma uyğun olaraq respublikamızda futbolun kütləviləşməsi, təbliği, uşaq futbolunun inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, bu məqsədlə Azərbaycanın yığma futbol komandasının üzvləri Sumqayıtda 6 nömrəli orta məktəbdə Cəbrayıl rayonundan olan məcburi köçkün şagirdlərlə görüşmüşlər.
Azərbaycan yığmasının üzvləri məktəbin şagirdlərinə avtoqraf vermiş, xatirə şəkilləri çəkdirmişlər. AFFA tərəfindən məktəbin şagirdlərinə müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov çıxış edərək, milli komandanın üzvləri ilə şagirdlərin görüşünün böyük əhəmiyyət kəsb etdiyini, bunun futbolun təbliği istiqamətində mühüm addım olduğunu bildirmişdir.
Azərbaycan yığma futbol komandasının baş məşqçisi Coko Hadziyevski çıxışında belə tədbirlərin mütəmadi keçirilməsinin məqsədəuyğun olduğunu, millinin şərəfinin həmişə uca tutulmasının vacibliyini söyləmişdir.
Tədbirin sonunda Azərbaycan millisi ilə məktəb şagirdlərindən ibarət komanda arasında yoldaşlıq oyunu keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]