Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycana çamur atanlar: ölkə başçısının qətiyyətindən qorxurlar

Azərbaycana çamur atanlar: ölkə başçısının qətiyyətindən qorxurlar

Yenə də təkrar olunur. Qərbin bir sıra KİV orqanları və üzdəniraq təşkilatları növbəti anti-Azərbaycan kampaniyasına start veriblər. Onlar əsas hədəf kimi adəti üzrə Azərbaycan Prezidenti və ailəsini seçiblər. Müxtəlif uydurma rəqəmlərdən bəhs edirlər. Hansısa gizli ödəmələrdən danışırlar. Bu zaman özlərini elə aparırlar ki, sanki “tutarlı faktlara” əsaslanırlar. Əslində isə köhnə mahnının yeni bəndlərini oxuyurlar. Hər dəfə Azərbaycan beynəlxalq aləm üçün əhəmiyyətli addımlar atdıqda, dərhal onu qısqananlar müxtəlif uydurmalara əl atırlar. Özü də onlar bunu öz marionetkaları Ermənistan rəhbərliyinin acizliyi və fəaliyyətsizliyi fonunda edirlər. Çünki son bir neçə ayda Azərbaycan beynəlxalq aləmdə çox fəal olub, amma Ermənistan gözə görünməyib. İrəvan ona-buna şikayət etməkdən və kömək üçün yalvarmaqdan başqa heç bir addım ata bilməyib. Lakin bu kimi işlər Azərbaycanı yolundan sapdıra bilməz. Bütün sahələrdə islahatlar və inkişaf sürətlə davam edəcək. Çünki xalq öz rəhbəri ilə birdir, bir tamdır. Azərbaycan cəmiyyəti müstəqil dövlətçiliyin qədrini çox gözəl bilir. Çünki zəngin tarixi təcrübəsi vardır!

Uydurma arqumentlər: bir sıra dairələr nədən təlaşlanıb?

Artıq neçənci dəfədir ki, Azərbaycan beynəlxalq aləmə səs sala bilən addımlar atdıqda, sosial-iqtisadi inkişafda ciddi uğurlar əldə etdikdə, ona qarşı şər-böhtan tüğyan edir. Görünür, bəzi məkrli dairələr Azərbaycanın dövlət quruculuğunda qazandığı nailiyyətləri heç cür həzm edə bilmirlər. Xüsusilə onların sevimli “siyasi oyuncaqları” olan Ermənistan getdikcə daha dərin böhrana düşdükcə, inkişaf edən Azərbaycanı ləkələmək hərisliyi artır.

Bu dəfə ortaya Avropa qəzetlər konsorsiumu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat layihəsi (OCCRP) tərəfindən “araşdırma” meydana atılıb. Bu qruplaşmaya bir neçə Avropa nəşri daxildir. Məsələn, “The Guardian” (Böyük Britaniya), “Berlingske” (Danimarka), “Süddeutsche Zeitung” (Almaniya), “Le Monde” (Fransa) və s. bura aiddir. Lakin reallıq ondan ibarətdir ki, həm OCCRP, həm də Avropa qəzetlər konsorsiumu konkret maliyyə dairələrinə və siyasi qruplara bağlıdırlar. Bu barədə Avropada kifayət qədər yazılıb, sübutlar mövcuddur və yerli jurnalistlər təhqiqatlar aparıblar.

Məsələn, vurğulanan qruplaşmalarla Corc Sorosun sıx bağlılığından bəhs edilir. Məlumdur ki, bu milyarderin dünyanın müxtəlif ölkələrində ara qarışdırmaqla məşğul olduğunu Qərb siyasətçiləri və jurnalistləri artıq açıqca danışırlar. Həmin aspektdə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov bu personanı maraqlı xarakterizə edir. Novruz Məmmədov ifadə edib: “Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktoru kimi aparır. O elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib”.

Doğrudan da ABŞ KİV-i son zamanlar tanınmış spekulyantı məhz bu kontekstdə təqdim etməyə başlayıb. C.Soros “rəngli inqilablar”ın təşkilində ittiham edilir. İndi isə onun Amerikada siyasi qarışıqlıq yaratmaq istiqamətində çalışdığı vurğulanır. O cümlədən bu adamın Donald Trampa qarşı böhtan kampaniyasının arxasında dayandığı bildirilir. Hətta C.Sorosun ölkədə çaxnaşma yaratmaq üçün nə qədər pul xərclədiyindən də bəhs edilir.

Görünür, C.Sorosun “fəaliyyəti” yalnız Amerika ilə məhdudlaşmır. O, bir əlini də böyük uğurlara imza atan Azərbaycana sarı uzatmağa cəhd edir. Bunun üçün də özünə bağlı KİV və özəl təşkilatlarda müəyyən qaralama kampaniyaları təşkil edir. Proseslər göstərir ki, bu böhtançı milyarderin yanında kifayət qədər erməni də var. Məsələn, “The Guardian” qəzetində dərc edilmiş və Azərbaycana böhtanla dolu olan yazının arxasında duranlardan biri də erməni jurnalist Dina Naqabetyan imiş!

Təsadüfi deyil ki, Ermənistan siyasi dairələrindəki nadanlar dərhal vəziyyətdən yararlanmağa çalışıblar. Onların nəzarətində olan erməni mətbuatı məntiqsiz cızma-qaralar dərc etməkdədirlər. Gah erməni diasporunu göylərə qaldırır, gah da Azərbaycana qarşı “beynəlxalq məhkəmə” qururlar və bütün bunlar Azərbaycan rəhbərliyinə qarşı əsassız ittihamlar fonunda edilir.

Yalançı və böhtançıya mesaj: Azərbaycan müstəqil siyasətindən, davamlı inkişafından dönməyəcək!

Əlbəttə, ağıllı və düşüncəli adamlar üçün yaranmış vəziyyət aydındır. Azərbaycana düşmən dairələr nə Azərbaycan dövlətçiliyinin, nə də azərbaycanlıların dərdini çəkən deyillər. Onlar bu dövlət və cəmiyyətin yıxılmasını gecə-gündüz arzulayan fırıldaqçılar və dələduzlardır. Özləri min cür cinayətə əl atır, ara qarışdırır, savaşlar törədirlər. Fikir verin, adı çəkilən dairələrin heç biri Myanmada yaşanan müsəlman faciəsi haqqında kəlmə də kəsmirlər. Elə bil dünyanın o hissəsi mövcud deyil, qətlə yetirilən qadınlar, uşaqlar, qocalar insan deyillər. Evlərindən qovulan insanlar canlı deyillər, onların heç bir hüququ yoxdur. Bəs hanı sizlərin “obyektivliyiniz”, “insansevərliyiniz”, “insan haqlarına olan aludəçiliyiniz”, “demokratlığınız”?! Yoxsa bu sadalanan keyfiyyətlər Yaxın Şərqdə tökdüyünüz qan gölündə itib-batıb? Xeyr, sizlər tarixən beləsiniz - qərəzli, böhtançı və islamofob!

Əgər belə olmasaydı, Novruz Məmmədovun vurğuladığı kimi, “bu gün Azərbaycanın uğurları, dünyada artan nüfuzu, sosial-iqtisadi tərəqqisi, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq düşmənlərimizin, bədxahlarımızın, bizi gözü götürməyənlərin yuxularına haram” qatmazdı. Və Azərbaycan Prezidentinin köməkçisinin dəqiq qeyd etdiyi kimi, “təəssüf ki, bugünkü beynəlxalq aləmdə hüquqi nihilizm o dərəcəyə çatıb ki, qısqanclıq və paxıllıq hissi ilə alışıb yanan bəzi ölkələr, təşkilatlar, qurumlar, dairələr, mətbuat orqanları hər vasitə ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, Qərb dünyası ilə münasibətlərimizi pozmağa, ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmağa cəhd göstərirlər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün isə hər vasitəyə əl atır, bütün imkanlardan istifadə etməyə, Soros kimilərin maliyyələşdirdiyi bədnam təşkilatların, yalan, iftira yaymağa meyilli olan mətbu orqanların “xidmətlərindən” yararlanmağa çalışırlar”.

Reallıq bundan ibarətdir və Avropada hər hansı nəşrin Azərbaycan haqqında hər hansı mənfi fikirləri yazmasının heç bir əhəmiyyəti yoxdur. Onlar, əslində, Qərb demokratiyasına, dövlətçiliyinə, beynəlxalq əməkdaşlığa hazır olmaq imicinə zərbə vururlar. Çünki yalanın ömrü az olur, həqiqət üzə çıxır və insanlar Qərbdəki dairələrin saxtakarlığını, qərəzliklərini görürlər. Bununla da onların siyasətinə inam itir, təşkilatlarının obyektivliyinə böyük şübhələr yaranır.

Şübhəsiz, belə böhtançı hərəkətlər Azərbaycanı seçdiyi yoldan döndərə bilməz. Artıq təcrübə də göstərir ki, “Azərbaycan öz ədalətli mövqeyi, daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz qazanıb, öz inkişaf yolunu inamla davam etdirir, ona atılan heç bir çamuru, ləkəni götürmür” (Novruz Məmmədov). Ancaq bizim diqqət yetirmək istədiyimiz başqa əhəmiyyətli məqam var. Xaricdəki qərəzli dairələrin sifarişi ilə Azərbaycanda suyu bulandırmağa çalışan bəzi KİV orqanları, sosial şəbəkə nümayəndələri, müxalif qruplar, cəmiyyətin üzünə necə baxacaqlar? Dünyanın bu qarışıq zamanında öz Vətəninə və dövlətinə qarşı mövqe tutmağın bədəlinin çox ağır olduğunu onlar bilmirlərmi? Hələ vətənpərvərliyi demirik, ən azından vicdanlı və ədalətli olmaq adi insanlıq borcudur.

Biz erməni mətbuatını və siyasi dairələrini başa düşürük. Onlar düşmən mövqedədirlər. Ermənistan Azərbaycanın bütün sahələrdə qazandığı uğurları həzm edə bilmir. Xüsusilə son zamanlar rəsmi Bakı beynəlxalq əhəmiyyətli təşəbbüslər irəli sürür, ordu quruculuğunda ciddi uğurlar əldə edir və sürətlə inkişafı davam etdirir. Bunun fonunda erməni ekspertlər Azərbaycanı Rusiya ilə hərbi əməkdaşlıqda ittiham etməyə çalışırlar. Halbuki Ermənistan silahlı qüvvələrinin “A”-dan “Z”-yə bütün varlığı Rusiyadan asılıdır. Ermənistan özü Kremlin qulu və vassalı ola-ola müstəqil Azərbaycanın bərabərhüquqlu tərəfdaşlığına kölgə salmağa cəhd göstərir. Bəs bu mənfur ləkələmə kampaniyasına Azərbaycanda bəzi KİV orqanları niyə züy tuturlar? Bax, bunu anlamaq çətindir. Daha doğrusu, hakimiyyətə gəlmək üçün hər bir sərhədi keçməyə hazır olanların insan kimi kimliyini qəbul etmək çox çətindir.

Azərbaycan dövləti və xalqı bu mərhələni də üzüağ keçəcək. Buna kimsənin şübhəsi olmasın. Atılan çamurlara da layiqli cavablar verilir və veriləcək. Müstəqil Azərbaycan dövləti və bayrağı daim mövcud olacaq. Azərbaycan Prezidentinin özü və ailəsinin dövlətçiliyə, millətə, milli mədəniyyətimizə və müstəqillik kursuna nə dərəcədə sədaqətli olduğunu Azərbaycan xalqı çox gözəl bilir. Ulu öndərin müəyyən etdiyi dövlət quruculuğu kursunu dövlət başçısı qətiyyətlə inkişaf etdirir. Kənardan olan heç bir təsir cəmiyyətin ölkə rəhbərinə olan inamını sarsıda bilməz. Bunu hər yerdə - Qərbdə, Şərqdə, Cənubda, Şimalda nə qədər tez anlasalar və qəbul etsələr, bir o qədər onların xeyrinə olar! C.Sorosa gəldikdə isə, onun ən yaxşı cavabı Novruz Məmmədovun bir qeydində verilib. “Soros isə qoy cavab versin: maliyyələşdirdiyi təşkilatların terrorist elan olunması və qanundankənar hesab edilməsi haqqında Ağ ev qarşısında avqust ayında qaldırılmış petisiyaya nə üçün az bir müddət ərzində 140 min nəfər tərəfdar çıxıb?!”

P.S.: Məqalə çapa hazırlanarkən iki informasiya aldıq. Onlardan biri “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevlə bağlı Prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarına tapşırıq verməsi ilə əlaqəlidir. İlham Əliyev məsələyə yenidən baxılmasını və M.Əliyev haqqındakı həbs qətimkan tədbirinin dəyişdirilməsini tövsiyə edib. Artıq onun barəsində həbs qətimkan tədbiri polis nəzarəti tədbirinə dəyişdirilib (Yasamal rayon məhkəməsinin qərarı ilə). Ekspertlər bunu dövlət başçısının yüksək humanizm nümayiş etdirməsi, jurnalistə qarşı xeyirxah davranması kimi qiymətləndiriblər.

İkinci məlumat bir qədər əvvəl həbs edilmiş İsrail vətəndaşı Aleksandr Lapşinin əfv edilməsi ilə əlaqəlidir. Prezident İlham Əliyev bu şəxsi cəza çəkməkdən azad edib və onun İsrailə yola salınması barədə göstəriş verib.

Bu iki fakt onu göstərir ki, son zamanlar Qərbin bir sıra KİV orqanlarında Azərbaycan rəhbərliyi barədə deyilən fikirlərin heç bir əsası yoxdur. Prezident İlham Əliyev hər bir situasiyada ədalətli və qanuna dayanan qərarlar qəbul edir. Bu zaman o, humanizmə ciddi fikir verir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib