AZƏRBAYCANDA DEMOQRAFİK VƏZİYYƏT
Ölkə əhalisinin 4 milyon 133 min nəfərini (49 faizini) kişilər, 4 milyon 275 min nəfərini (51 faizini) isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1034 nəfər qadın düşür.
Əhalinin orta yaşı 31, doğulanda gözlənilən ömür uzunluğu isə 72,4 yaş, o cümlədən kişilərdə 69,6, qadınlarda 75,2 təşkil edir.
İlin 9 ayında Azərbaycanda 101,3 min körpə dünyaya gəlmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfəri hesabı ilə doğumun səviyyəsi 15,7-dən 16,3-ə qədər artmışdır. Hazırda orta hesabla 1 qadına bütün ömrü boyu təxminən 2 doğulmuş uşaq düşür.
1994-cü ildən başlayaraq Azərbaycanda ölümün səviyyəsi nisbətən aşağı və sabit olaraq qalmaqdadır.
İlin əvvəlindən bəri Azərbaycanda 47,6 min nikah və 6,8 min boşanma qeydə alınmış, əhalinin hər 1000 nəfəri hesabı ilə nikahların sayı 7,1-dən 7,7-yə, boşanmaların sayı isə 0,8-dən 1,1-ə qədər artmışdır.