AZƏRBAYCANDA İŞSİZLİK MÜAVİNƏTİNİNMİNİMUM MƏBLƏĞİ TEZLİKLƏ 120 MİN MANATA ÇATDIRILACAQDIR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər), eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 fevral tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş “2005-ci ildə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq işsizlik müavinətinin minimum məbləğinin artırılması və respublika üzrə minimum əmək haqqı məbləğinə uyğunlaşdırılması məqsədi ilə işsizlik müavinətinin minimum məbləği yaxın günlərdə 60,0 min manatdan 120,0 min manata qədər artırılacaqdır.