Azərbaycanda kompüterlərin virusa yoluxma halları qonşu ölkələrdən daha azdır
Bakı, 13 dekabr, AZƏRTAC
“Kasperski Laborotoriyası” şirkətinin kompüterlərin virusa yoluxma halları üzrə keçirdiyi araşdırmalar nəticəsində tərtib edilmiş reytinqdə Azərbaycan 44-cü yeri tutub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkədə kompüterlərin virusa yoluxma halları OAS, WAV, ODS, MAV, IDC , VUL proqramları tərəfindən aşkar olunub.
Qeyd edək ki, qonşu Rusiya bu reytinqdə 1-ci, Qazaxıstan - 15-ci, Ukrayna 17-ci, Türkiyə 20-ci, İran 28-ci, Gürcüstan 91-ci yerdə qərarlaşıblar. Virusa yoluxma reytinqində ilk beşliyə Rusiyadan sonra ABŞ, Hindistan, Vyetnam və Almaniya daxildir.
Azərbaycanın bu siyahıda 44-cü yerdə qərarlaşması ölkənin informasiya texnologiyaları sektorunun inkişaf etdiyinin və təhlükəsizliyinin təmin edilməsinin göstəricisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]