Azərbaycanda mətnşünaslıq elmini öyrənmək üçün yeni mənbə
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şəriflinin “Əsərləri”nin III cildi nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrə müəllifin müxtəlif jurnal və konfrans materiallarında dərc olunmuş məqalələri daxildir. Kitabın “Görkəmli şəxsiyyətlər” başlıqlı birinci hissəsində IX-XX əsrlərdə yaşayan Azərbaycan alimlərinin, şairlərinin həyat və yaradıcılıqları barədə məlumat verilir.
“Mətnşünaslıq”, “Tərcümələr”, “Kitabxanalar” və “Müxtəlif mövzularda” adlı digər dörd hissədə mətnşünaslıq elminin təşəkkülü və inkişafı, bir sıra məşhur yazılı abidələrin tərcümələri üzərində araşdırmalar, bəzi Şərq ölkələrinin kitabxanalarında saxlanılan Azərbaycan əlyazmaları, məhəbbət dastanlarında multikultural dəyərlər və s. haqqında bəhs olunur.
Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:49]
Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans
- 18.06.2026 [12:31]
UNEC dünyanın ən yaxşı 634-cü universitetidir
- 18.06.2026 [11:53]
Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
- 18.06.2026 [11:32]