“Azərbaycanda mobil biznes imkanları” mövzusunda konfrans keçiriləcəkdir
Bakı, 24 mart (AZƏRTAC). Azərbaycanın ilk mobil biznes portalı olan Mobiz.az-ın təşkilatçılığı ilə aprelin 6-da Bakıda mobil biznes mövzusunda konfrans keçiriləcəkdir.
Təşkilat komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən şirkət və qurumların təmsilçiləri, eyni zamanda, Gürcüstan, Türkiyə və digər ölkələrdən olan nümayəndələrin iştirakı gözlənilir. Konfransda mobil texnologiya sahəsinə aid özəl qurum təmsilçiləri ilə yanaşı, müxtəlif QHT-lərin nümayəndələri də iştirak edəcəklər.
Beynəlxalq tədbirdə “Nokia”, “Microsoft”, “Beeline”, “Azerfon” MMC, “Azercell Telecom” MMC, “Timwe”, “General Mobile”, “Apple” kimi nüfuzlu şirkətlərin nümayəndələri ekspert qismində çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [18:45]
“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək
- 26.05.2026 [18:41]
Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib
- 26.05.2026 [18:30]
Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
- 26.05.2026 [17:48]
Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər
- 26.05.2026 [17:45]
Şəffaflıqdan etimada: Audit sistemində yeni düşüncə modeli
- 26.05.2026 [17:00]