AZƏRBAYCANDA RUSİYA İLİNİN TƏDBİRLƏR PLANI MÜZAKİRƏ EDİLMİŞDİR
Rusiya Dövlət Akademik Simfonik Orkestrinin görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin 100 illiyinə həsr olunan Konsertində orkestrə həmyerlimiz Mstislav Rostropoviç dirijorluq edəcəkdir.
İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın İlin açılış günlərində, 2006-cı ilin fevralında keçiriləcək iclasında iqtisadi sahədə Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri müzakirə ediləcəkdir. Elə həmin günlərdə Bakıda Azərbaycan ilə Tatarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ilk iclası keçiriləcəkdir.
Ümumiyyətlə, Azərbaycanda Rusiya ilinin tədbirləri humanitar və iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edir. Nikolay Baybakovun 95 illiyi ilə əlaqədar yubiley tədbirlərini, Akademik Malı Dram Teatrının və digər məşhur kollektivlərin qastrollarını, bədii gimnastika üzrə yarışlar, idmançıların birgə təlim-məşq toplanışlarını təşkil etmək, Rusiyanın müxtəlif regionlarının iqtisadi potensialı və nailiyyətlərinin təqdimatlarını keçirmək planlaşdırılır.