Azərbaycanda sabit telefon xətlərinin dəyişdirilməsinə ehtiyac yoxdur
Bakı, 18 may (AZƏRTAC). Azərbaycanda sabit telefon xətlərinin dəyişdirilməsinə ehtiyac yoxdur. Nazirlik qarşısında bununla bağlı məsələ qaldırılmamışdır.
Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat vermişdir.
Telefon xətləri yeni ATS-lər qurulduqca yenilənir, dəyişdirilir. Hansı telefon xəttinin parametri normaya uyğun deyilsə, onlar müəyyən edilərək yenisi ilə əvəzlənir. Bu ilin əvvəlində nazirlik bir neçə ölkədən tövsiyə və təkliflər almışdır. Təkliflərə əsasən alınacaq xüsusi qurğular vasitəsilə telefon xətlərinin parametrləri müəyyənləşdiriləcək, uyğun gəlməyəni avtomatik olaraq yenisi ilə əvəzlənəcəkdir. Bütün bu işlər mərhələlərlə həyata keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]