AZƏRBAYCANDA TURİZMDƏN ƏLDƏ OLUNAN GƏLİRLƏR SÜRƏTLƏ ARTMAQDADIR
Gənclər, idman və turizm naziri Əbülfəs Qarayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycanda turizmdən əldə olunan gəlirlər sürətlə artmaqdadır. 2002-ci ildə bu sahədəki bütün xidmətlərdən 130 milyard 648 milyon manat gəlir əldə olunmuş və 12 milyard 743 milyon manat məbləğində büdcə ödəmələri həyata keçirilmişdir. Ötən il isə gəlirlər yüksələn xətlə artaraq, 208 milyard 214 milyon manata, büdcə ödəmələri isə 22 milyard 64 milyon manata çatmışdır. Builki gəlir və ödəmələrin daha artıq olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]
Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb
- 05.10.2026 [14:57]