AZƏRBAYCANDA ÜÇÜNCÜ MOBİL OPERATOR AZERCELL ÖZƏLLƏŞƏNDƏN SONRA OLACAQ
Nazir demişdir ki, mobil operatorun lisenziyasını almaq üçün dünya miqyasında müəyyən edilmiş lisenziya sisteminə müvafiq olaraq 5-10 milyon ABŞ dolları vəsait tələb edilir. Bizim lisenziya sistemimizə uyğun olaraq 7 min ABŞ dolları ödəməklə bütün lisenziyaları əldə etmək mümkündür. Amma bu sənədlərdə mobil rabitə ayrıca göstərilməmişdir. Buna görə də nazirliyin xahişini nəzərə alaraq Nazirlər Kabineti bu məsələyə yenidən baxacaq və uyğunlaşdırılmış müəyyən qiymətlər qoyulacaqdır. Bununla belə, Azərbaycanda üçüncü mobil operatorun fəaliyyətə başlaması Azercell Telecomun tam özəlləşəndən sonra baş tutacaqdır.