SİYASƏT
Azərbaycanda yeni seçki məntəqələri yaradılıb
Bakı, 3 fevral, AZƏRTAC
Milli Məclisdə seçkilərlə əlaqədar məcburi köçkün rayonlarının dairə seçki komissiyalarının (DSK) tərkibində yeni seçki məntəqələri yaradılıb.
AZƏRTAC Secki-2020.az saytına istinadla bildirir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin tərkibində yeni 57 saylı (Abşeron rayonunda Stansiya-Sumqayıt ərazisində salınmış şəhərcikdə, Qubadlı rayon Hal Kənd tam orta məktəbinin binasında), 58 saylı (Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində, Zəngilan rayon 20 nömrəli tam orta məktəbin binasında), 59 saylı (Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yeni salınmış şəhərcikdə, Şuşa şəhəri 7 nömrəli tam orta məktəbin binasında) seçki məntəqələri yaradılıb.
Eyni zamanda, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin tərkibində yeni 78 saylı (Sumqayıt şəhər 12-ci mikrorayon məcburi köçkün şəhərciyinin xeyir-şər evinin binasında) və 77 saylı (Abşeron rayonunda, Stansiya-Sumqayıt ərazisində salınmış şəhərcikdə, Qubadlı rayon Hal Kənd tam orta məktəbinin binasında) yeni seçki məntəqələri yaradılıb.
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.