AZƏRBAYCANDA YOXSULLARIN SAYI AZALACAQDIR
AZƏRTAC-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bildirmişdir ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayan xeyli insan vardır. Amma bu istiqamətdə də dinamika çox müsbətdir. Ölkəmizdə 2004-cü ildə yoxsulların sayı 49 faiz, 2005-ci ilin əvvəlində 40 faiz, 2006-cı ilin əvvəlində isə 29 faiz olmuşdur. Hazırda əhalinin üçdə bir hissəsi hələ ki, çətin şəraitdə yaşayır. Görülən tədbirlər nəticəsində 2006-cı ilin sonuna qədər Azərbaycanda yoxsulların sayı daha da azalacaqdır.