Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycandan Anadoluya uzanan mənəviyyat körpüsü: Azərbaycan-Türkiyə qardaşlığı

Azərbaycandan Anadoluya uzanan mənəviyyat körpüsü: Azərbaycan-Türkiyə qardaşlığı

Bakı, 15 sentyabr, AZƏRTAC

XX əsrin əvvəllərində Avrasiya dünyasında cərəyan edən hadisələr Anadolu bölgəsində və Azərbaycanda da öz təsirini göstərməkdə idi. Bu dövrdə cəmiyyətin şüurunda baş verən milli özünüdərk prosesi buna uyğun müvafiq münasibətləri ortaya qoymuşdu. Azərbaycanda və Anadoluda ziyalılar və demokratik düşüncəli din xadimləri milli-mənəvi və dini dəyərlərin modernləşməsi uğrunda yorulmaz mübarizə aparırdılar. Bu sahədə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun xidmətləri müstəsna dərəcədə böyükdür.

Həmin dövrdə elmi-mədəni və ədəbi əlaqələrlə yanaşı, xeyriyyəçilik fəaliyyəti də geniş vüsət alır. Azərbaycanlı mesenantlardan Hacı Zeynalabdın Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi sahibkarlar böyük xeyriyyəçilik işləri ilə məşğul olur, azərbaycanlı milyonçuların xeyriyyəçilik fəaliyyəti Azərbaycanın hüdudlarını aşaraq Anadolu bölgəsini də əhatə edir. Həmin dövrlərdə Azərbaycan türkləri Rusiya imperiyasının işğalında olmasına baxmayaraq, hərbi baxımdan da Anadoluda türk qardaşlarına öz yardımlarını göstərib, xüsusilə də Çanaqqala savaşında könüllü olaraq döyüşüblər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlının “Azərbaycandan Anadoluya uzanan mənəviyyat körpüsü: Azərbaycan-Türkiyə qardaşlığı” sərlövhəli məqaləsində yer alıb. Məqalədə bildirilir ki, Azərbaycan türklüyü ilə Anadolu türklüyünün ən yüksək qardaşlıq zirvəsinin bariz nümunəsini 1918-1920-ci illərdə görmək olur. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Cümhuriyyəti elan olundu. Bu dövrdə Azərbaycan milli dövlətçilik günəşinin parlamasına sevinən yenə də Anadolu türkləri idi. Azərbaycan Cümhuriyyətini tanıyan ilk dövlət də məhz Osmanlı dövləti idi. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun sentyabrın 15-də Bakını işğaldan azad etməsi tarixi hadisə və Azərbaycan milli dövlətçiliyində yeni mərhələ idi. 5-ci Qafqaz piyada diviziyasının komandanı Rüşdü bəy Bakının azad edilməsini öz xatirələrində belə təsvir edirdi: “Eyni irqə mənsub bu iki millət arasında əlaqə və münasibət, axıdılan qanlarla bir qat daha yaxınlıq peyda etmişdir. Anadolu türklərinin, Azərbaycanın istiqlalı uğrunda yapdıqları çətin və qanlı müharibələr əminəm ki, nəsildən-nəslə nəql ediləcək unudulmaz bir dastan halında qalacaqdır”.

Azərbaycan hökuməti Bakının azad edilməsi münasibətilə noyabrın 10-da Nuru Paşanın şərəfinə böyük bir ziyafət vermişdi. Ziyafət məclisində görkəmli ədəbiyyatşünas Salman Mümtaz Nuru Paşaya ithaf etdiyi “Öyün millət” şeirini oxumuş, tanınmış aktyor Abbas Mirzə Şərifzadə isə Osmanlı generallarına məxsus geyimdə zala daxil olaraq Ənvər Paşanın qiyafəsində monoloq söyləmişdi. Ziyafətdə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski “Ədirnənin fəthi” əsərinin müəllifi Cəfər Cabbarlını Nuru Paşaya təqdim etmişdi.

1918-ci il oktyabrın 30-da imzalanmış Mudros sazişinə əsasən, Osmanlı qoşunları məcburiyyət qarşısında Cənubi Qafqazı və Azərbaycanı tərk edir. Nuru Paşa İstanbula gələrkən oradakı ingilis qüvvələri tərəfindən həbs edilir və Batuma göndərilir. Paşa ermənilərin qətliamının iştirakçısı adı ilə edam hökmünə məruz qalır. Lakin Azərbaycan hökuməti təcili tədbir görür, Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli ilə Nağı Şeyxzamanlı xüsusi plan hazırlayırlar. Batum həbsxanasına hücum təşkil edilir və Nuru Paşa xilas olunur.

Nuru Paşa Azərbaycanı canı qədər sevən böyük bir şəxsiyyət idi. Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən süquta uğradıldıqdan sonra Nuru Paşanın Azərbaycan haqqında ürək ağrısı ilə dediyi sözlər bunu bir daha təsdiq edir: “Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayaydı”.

Azərbaycanlı dinc əhalinin erməni daşnaklarının vəhşiliklərdan qorunmasında, Atatürkün ən yaxın silahdaşı, Türkiyənin istiqlal savaşına böyük töhfələr vermiş Kazım Qarabəkir Paşanın da xidmətləri böyükdür. Mustafa Kamal Atatürkün “Naxçıvan türk qapısıdır. Bunu xüsusi diqqətə alaraq onun mövcudiyyətini qorumaq üçün əlinizdən gələni edin!” tapşırığının ardınca Kazım Qarabəkir Paşa ordusu ilə Naxçıvana yardıma gəlib. Kazım Qarabəkir Paşa Naxçıvanda olduğu zaman görkəmli Azərbaycan şairi Hüseyn Cavidlə birgə bölgənin maarif və mədəniyyətinin inkişafında böyük səy göstərir. Naxçıvan teatrının inkişafında yaxından iştirak edir. Namiq Kamalın “Vətən və ya silistrə” tamaşasına rejissorluq edərək hətta səhnə tərtibatını da özü verir.

1918-ci il oktyabrın 30-da Antanta dövlətləri ilə imzalanmış Mudros sazişi Anadolu dövlətçiliyinə böyük zərbə vurdu. Belə bir mürəkkəb şəraitdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Anadoluda xarici qüvvələrə qarşı Milli Mücadilə Hərəkatı başladı (1919-1922-ci illər). Anadoluda Milli Mücadilə Hərəkatı zamanı özünün mürəkkəb siyasi və sosial-iqtisadi dövrünü yaşamasına baxmayaraq, Azərbaycan Cümhuriyyət hökuməti Milli Mücadilə Hərəkatına imkan daxilində yardım göstərdi. Həmin dövrdə Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli tərəfindən 1,5 milyon fransız frankı miqdarında pul yardımı göstərmək, Anadoluya neft məhsulları çatdırmaq üçün çek qəbzləri imzalandı və Milli Mücadilə rəhbərlərinə çatdırıldı.

1920-ci il aprelin 27-də bolşevik Rusiyasının hərbi qüvvələri qeyri-qanuni olaraq Azərbaycana hərbi müdaxilə edərək Cümhuriyyət hökumətini devirdi və Azərbaycanı işğal etdi. Rus-bolşevik ordusunun Azərbaycanı işğal etməsi ilə ölkədə Nəriman Nərimanovun rəhbərlik etdiyi Azərbaycan Sovet Hökuməti dövrü başlayır. Bu dövrdə də Anadoluda İstiqlal Hərəkatı rəhbərliyi ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə davam edib. Bu dövrdə də Azərbaycandan Anadoluda davam edən qurtuluş savaşına böyük ölçüdə qardaşlıq yardımı göndərilib. Milli Mücadilə zamanı Azərbaycanın qardaş Anadolu türklərinə edilən təmənnasız yardımının maddi dəstəkdən çox bir mənəvi borc olduğunu Nəriman Nərimanovun Atatürkə yazdığı məktubundan da görmək olar: “Paşam, türk millətinin bir gələnəyi vardır; qardaş qardaşa borc verməz. Qardaş hər durumda qardaşın əlindən tutar... Biz qardaş xalqlarıq. Hər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq... Bu gün sizin üçün etmək istədiyimiz, bir qardaşın öz qardaşı üçün etmək istədiyindən başqa bir şey deyildir”.

Bir neçə dəfə SSRİ-yə səfər edən Türkiyə Cümhuriyyətinin dövlət başçıları səfər çərçivəsində Azərbaycana da gəlib və burada böyük hərarətlə qarşılanıblar.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşdu. Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu.

44 günlük II Qarabağ savaşında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi ilə erməni işğalçılarını müqəddəs Qarabağ torpağından qovaraq böyük Zəfər qazandı.

2021-ci il iyun ayının 15-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şuşa Bəyannaməsi imzalandı. Vətən müharibəsində əldə edilən Zəfər kimi, Şuşa Bəyannaməsi də Türk dünyasının tarixinə qızıl hərflərlə yazıldı. Eyni zamanda, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib