Azərbaycanı Avropa Gənclər Yay Olimpiya Festivalında təmsil edəcək cüdoçular müəyyənləşib
Bakı, 9 iyul, AZƏRTAC
Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində cüdo yarışları keçiriləcək.
Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə Azərbaycanı 12 çəki dərəcəsində 12 idmançı (6 oğlan, 6 qız) təmsil edəcək.
Qızlardan Gülşən Hüseynova (44 kiloqram), Nuranə Hacızadə (48 kiloqram), Aysun Məmmədova (52 kiloqram), Səmayə Yusifli (57 kiloqram), Ayan Əliyeva (63 kiloqram), Zemfira Əliyeva (70 kiloqram) bacarıqlarını nümayiş etdirəcəklər. Oğlanlar arasında isə Rza Xəlilli (50 kiloqram), Rəsul Əlizadə (55 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram), Məhəmməd Ağakişiyev (73 kiloqram), Amin Mehdiyev (81 kiloqram), Sübhan Axundov (+90 kiloqram) güclərini yoxlayacaqlar.
Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçulara yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
Qeyd edək ki, iyulun 22-26-da təşkil olunacaq festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]