Azərbaycanı II Beynəlxalq Parabadminton turnirində təmsil edəcək idmançının adı məlum olub
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycanı Misirdə keçiriləcək II Beynəlxalq Parabadminton turnirində təmsil edəcək idmançının adı məlum olub.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 19 yaşlı İbrahim Əliyev turnirdə birincilik uğrunda mübarizə aparacaq. O, sözügedən yarışa məşqçisi Teymur Abbasovla birlikdə yollanacaq.
Qahirə Beynəlxalq Stadionunda təşkil olunacaq turnirdə Misirlə yanaşı, Azərbaycan, Hindistan, Avstriya, Braziliya, Cənubi Afrika, Kot-Divuar, Kanada, Keniya, Çexiya, Nigeriya, Konqo, Peru, Səudiyyə Ərəbistanı, İngiltərə, İsveç, Fransa, İsveçrə, Almaniya və Türkiyə idmançıları yarışacaqlar.
Bu turnir Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır və “Grade 2” kateqoriyasına uyğundur.
Qeyd edək ki, turnir yanvarın 21-dən 26-dək təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]