Azərbaycanın akrobatika gimnastları dünya çempionatının finalına yüksəliblər
Bakı, 25 sentyabr, AZƏRTAC
Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pezaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, təsnifat mərhələsində Dünya Kubokunun qızıl medalçıları olan qadın qrupu — Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında (28.330 xal, 1-ci yer), Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü balans hərəkətləri proqramında (28.550 xal, 3-cü yer) həlledici mərhələdə yarışmaq hüququ əldə ediblər.
Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət digər kişi cütlüyü temp hərəkətlərində 26.200 xalla, qarışıq hərəkətlər proqramında isə 51.850 xalla finala yüksəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [15:07]
“Sumqayıt”ın prezidenti: Zaman keçdikcə daha güclü komanda görəcəyik
- 28.10.2026 [13:52]
“Real Madrid” Mbappenin sözlərinə görə Çin xalqından üzr istəyib
- 28.10.2026 [12:27]
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzub
- 28.10.2026 [12:14]
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olunub
- 28.10.2026 [11:40]