Azərbaycanın cüdo məşqçiləri beynəlxalq təlimə qatılıblar
Bakı, 7 fevral, AZƏRTAC
Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkil etdiyi beynəlxalq təlim start götürüb.
ACF-dən AZƏRTAC-a bildirilib ki, 79 cüdo məşqçisi Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının birinci səviyyə cüdo məşqçiliyi sertifikatı proqramının praktik hissəsinə başlayıb.
Proqramın sonunda məşqçilər IJF Akademiyasının ekspertlərinin nəzarəti altında praktiki imtahan verəcəklər.