Azərbaycanın daha 2 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycanın daha 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” turnirinə qələbə ilə başlayıb.
Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 75 kiloqram çəki dərəcəsində çıxış edən Mirşərif Kazımzadə irlandiyalı Qavin Rafferti ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. Kazımzadə 1/4 finalda özbəkistanlı Cavohir Ummataliyevlə üz-üzə gələcək.
71 kiloqramda mübarizə aparan Sərxan Əliyev isə 1/8 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Boksçumuz ikinci döyüşündə qazaxıstanlı Farux Toxtassunovu sınağa çəkəcək.
Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]