AZƏRBAYCANIN DÖVLƏT BÜDCƏSİ 5 MİLYARD DOLLARA YAXINDIR
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin növbəti buraxılışına həsr olunmuş mərasimdə Prezident İlham Əliyev bildirmişdir ki, bu ilin beş ayında ümumi daxili məhsul istehsalı təxminən 40 faiz artmışdır. Keçən il isə Azərbaycanda iqtisadi artım dünyada ən yüksək səviyyəyə qalxaraq 26 faiz təşkil etmişdir. Gələcəkdə, bütün iqtisadi proqramlar reallaşdıqca, Azərbaycan daha böyük nailiyyətlər qazanacaqdır.
Dövlət büdcəsinin son illər ərzində bir neçə dəfə artdığını vurğulayan Prezident demişdir ki, indi büdcə təxminən 5 milyard dollara yaxındır. İcmal büdcə isə ondan da artıqdır. Bu, bütün məsələlərin həllini tapmasına imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]