Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş minifutbol turnirinə yekun vurulub
Bakı, 12 oktyabr, AZƏRTAC
Yasamal rayonundakı futbol meydançasında Bakıda məskunlaşmış zəngilanlı yeniyetmələr arasında 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş məhəllələrarası minifutbol turniri keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, Baş İdarə və Zəngilan Rayonu Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarışda “Qarabağ” komandası birinci olub. “Uğur” yarışı ikinci, “Şahin” isə üçüncü pillədə başa vurub.
Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.