Azərbaycanın həndbol hakimləri beynəlxalq yarışlara dəvət alıblar
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri beynəlxalq yarışlara dəvət alıblar.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, həmyerlilərimizdən İsgəndər Əsgərov qadınlar arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda turnir çərçivəsində təşkil olunacaq “Astraxanoçka”-“Kuban” (hər ikisi Rusiya) qarşılaşmasında EHF-i təmsil edəcək. Noyabrın 11-də “Astraxan” arenasında oynanılacaq matçın hakimləri Bosniya və Herseqovinadan olan Aman Konjicanin və Dino Konjicanin olacaqlar.
Emil və Ernest Ağakişi qardaşları isə noyabrın 12-də qadın həndbolçular arasında “Çağırış Kuboku” uğrunda turnir çərçivəsində keçiriləcək “Maedilon/VZV” (Niderland) - “Rokasa Qran Kanaria ACE” (İspaniya) görüşünü idarə edəcəklər. “Alkmaar” arenasında baş tutacaq oyunda EHF nümayəndəsi lüksemburqlu Paul Nesser olacaq.