Azərbaycanın idman dırmanması üzrə yığma komandası Gürcüstan kubokuna sahib olub
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 12-dən 18-dək Lentexidə idman dırmanması üzrə açıq Gürcüstan çempionatı keçirilib. Azərbaycanın idman şərəfini yığma komandamızın 7 üzvü - Aysel Sultanova, Çingiz Tağızadə, Rinat Rəhimxanov, Leyla Əhmədova, Sima Səfərova, Fərid Şahbazov, Gülbala Səfərov qoruyub.
AZƏRTAC xəbər verir ki, çətinlik və sürət üzrə keçirilən yarışda komandamızın üzvləri uğurla çıxış ediblər. Komandamız ümumi hesabda birinci pillədə qərarlaşaraq Gürcüstan kubokuna sahib olub.
Çətinlik üzrə yarışlarda Rinat Rəhimxanov və Leyla Əhmədova bürünc medal qazanıblar. Sürət üzrə komanda yarışlarında yığmamız ikinci olub. Sürət üzrə qayayadırmanma yarışlarında isə Çingiz Tağızadə ikinci, Fərid Şahbazov üçüncü pillədə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]