Azərbaycanın iki yeniyetmə gimnastı Polşada keçirilən turnirin qalibi olmuşdur
Bakı, 17 may (AZƏRTAC). Azərbaycanın iki yeniyetmə gimnastı bu günlərdə Polşanın paytaxtı Varşavada keçirilən beynəlxalq turnirin qalibi olmuşdur.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 10 yaşlı Leyli İbrahimova çoxnövçülükdə öz yaş dərəcəsində qızıl medal qazanmışdır. Bu, gimnastımızın son vaxtlar əldə etdiyi ikinci mükafatdır. O, bu ilin aprel ayında Rusiyada keçirilmiş yarışların gümüş mükafatçısı olmuşdur.
İkinci qızıl medalı 2002-2003-cü illərdə anadan olmuş gimnastlar arasında yarışlarda iştirak edən 8 yaşlı Aydan Ağayeva qazanmışdır.
Azərbaycanın daha bir gimnastı, 2003-cü il təvəllüdlü Ləman Hüseynova turnirin təşkilatçılarının təsis etdikləri xüsusi mükafata layiq görülmüşdür.
Məşqçilərin bildirdiyinə görə, bu idmançılarımız və digər gimnast qızlarımız mayın axırlarında Rusiyanın Zveniqorod şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq turnirdə iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]