AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ 30-DAN ÇOX ŞİRKƏT YERİN TƏKİNİN İŞLƏNİLMƏSİ İLƏ MƏŞĞULDUR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin talanması faktlarını aşkara çıxarmışdır. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 30-dan çox şirkət Azərbaycan torpaqlarının təkinin işlənilməsində iştirak edir. Azərbaycanın işğal olunmuş ərazilərində sənaye əhəmiyyəti təsdiq olunmuş “Qızılbulaq”, “Söyüdlü”, “Vejnəli” qızıl yataqları da var. Əgər 2002-ci ilədək Ermənistanda qızıl hasilatının həcmi 2 tonu keçmirdisə, 2002-ci ildə 3,2 ton qızıl, 5,5 ton gümüş hasil edilmişdir. Təkcə “Söyüdlü” yatağından 2003-cü ildə 2 ton, 2004-cü ildə 2,5 ton qızıl çıxarılmışdır.
Ermənistan işğal olunmuş ərazilərdə mis yataqlarını da qarət edir. Ermənistanın “Armenian copper program” şirkəti Ağdərə rayonunun “Qızılbulaq” yatağında 40 min ton konsentrat emal edərək, 9,5 ton mis əldə etmişdir. Şirkətin səhmlərinin 53,7 faizi Lixtenşteyndə qeydiyyata alınmış “Vallex FM Estabilhment” şirkətinə, 46,3 faizi İsveçrənin “Elecom” şirkətinə məxsusdur.
Xatırladaq ki, 155 müxtəlif faydalı qazıntı yatağı, o cümlədən 5 qızıl yatağı, 6 civə yatağı, 2 mis yatağı, habelə karxanalar və 21 mineral su mənbəyi Ermənistanın işğalı altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]