Azərbaycanın Livandakı səfiri etimadnaməsini bu ölkənin xarici işlər nazirinə təqdim edib
Qahirə, 13 yanvar, AZƏRTAC
Azərbaycanın Livandakı səfiri Səməd Həsənov etimadnaməsini bu ölkənin xarici işlər naziri Abdullah Bouhəbibə təqdim edib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin perspektivləri müzakirə edilib. Livanlı nazir bildirib ki, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur.
Sonra səfir S.Həsənov Livanın Kavaşra bölgəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Diplomat və yerli sakinlər abidənin önünə gül dəstələri qoyublar. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların ruhuna dualar oxunub.