Azərbaycanın MMA döyüşçüsü cəmi bir dəqiqəyə gürcü rəqibini məğlub edib
Bakı, 19 dekabr, AZƏRTAC
Gürcüstanın Tbilisi şəhərində “Georgian Fighting Championship” turnirinin 25-ci seriyası keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi Əliskəndər Əliyev (77 kiloqram) rinqə çıxıb. Gürcüstanlı tanınmış idmançı Giorgi Tabatadze ilə qarşılaşan Ə. Əliyev erkən qələbə qazanıb.
O, rəqibini birinci raundun ilk dəqiqəsində boğucu fəndlə məğlub edib.