Azərbaycanın müdafiə naziri Anıtqəbri ziyarət edib
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkəyə işgüzar səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər qonaqlar Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyaraq, xatirəsinə ehtiram nümayiş etdiriblər.
Sonra general-polkovnik Z.Həsənov “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Qeyd edək ki, müdafiə nazirinin Türkiyədə işgüzar səfəri davam edir.