Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Naxçıvandan başlanan müstəqillik yolunun təməl daşı - ŞƏRH

Azərbaycanın Naxçıvandan başlanan müstəqillik yolunun təməl daşı -  ŞƏRH

Bakı, 3 sentyabr, AZƏRTAC

1990-cı illərin əvvəli Azərbaycanın tarixinə dəhşətli faciələrin yaşandığı bir dövr kimi daxil olub. Tarixin müxtəlif dönəmlərində azərbaycanlıları misli görünməmiş soyqırımına və deportasiyaya məruz qoyan militarist Ermənistan 1988-ci ildə yenidən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyə başladı. Ermənilərin təhriki və keçmiş SSRİ-nin ovaxtkı üzdəniraq rəhbəri Mixail Qorbaçovun göstərişi ilə 1990-cı ilin yanvarında sovet ordusu Azərbaycanda misli görünməmiş qanlı qırğın törətdi. Faciənin səhəri günü, yəni yanvarın 21-də Ulu Öndər Heydər Əliyev “qırmızı ordu”nun törətdiyi qanlı qətliama qarşı etiraz səsini ucaldaraq ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və baş verən hadisəyə görə SSRİ-nin siyasi rəhbərliyini, şəxsən Qorbaçovu kəskin ittiham etdi. Dövlətimizin başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, bu, daim təqibə məruz qalan insan üçün çox təhlükəli addım idi: “Lakin atam həmişə prinsipial idi və əsla tərəddüd etmədən baş verənlərə qarşı etiraz etdi. Onun ailə üzvləri heç bir şübhə və qorxu hissi keçirmədi. Həmin ağır günlərdə bircə arzumuz vardı: öz xalqımızla birlikdə olmaq, onu dəstəkləmək. Bir il sonra bu arzu da baş tutdu. Doqquz illik fasilədən sonra atam öz Vətəninə, Naxçıvana qayıtdı. Onu buraya iki arzu gətirmişdi. Birincisi, şəxsi arzusu, ona rahatlıq verməyən vətəndaşlıq şərəfi. Azərbaycan özünün ən ağır dövrünü yaşayırdı. İkincisi, atam Azərbaycana xalqın istəyi ilə gəlmişdi”.

Göründüyü kimi, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin hər bir dövrü dövlətə, xalqa xidmət nümunəsi, vətənpərvərliyə, Vətənə, torpağa bağlılıq örnəyidir. İnkaredilməz faktdır ki, Ümummilli Liderin hakimiyyətinin birinci dövrü Azərbaycanın milli dirçəlişinin əsasını qoymuşdusa, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı haqlı olaraq çağdaş tariximizə Milli Qurtuluş Günü kimi həkk olunub. O da danılmaz faktdır ki, Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın müstəqillik tarixinin mühüm və parlaq səhifələri yazılıb.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana möhtəşəm qayıdışı dözülməz vəziyyətdə olan naxçıvanlıların sabaha inamını özlərinə qaytardı. Müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar böyük şəxsiyyətə özlərinin nicatı və son ümidi kimi baxırdılar. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarın xilası üçün lazım olan bütün addımları atmağa başladı. Eyni zamanda, yalnız muxtar respublika deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 1991-ci ilin 3 sentyabrı Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir. Həmin tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ümummilli Lider Heydər Əliyev yekdilliklə Ali Məclisin Sədri seçildi. Bu mühüm tarixi addım Naxçıvanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin tarixi gündən başlayaraq Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi Ona hər bir çətinliyi uğurla aradan qaldırmaqda yardımçı oldu. Bütün bunları özünün zəngin idarəetmə qabiliyyəti və təcrübəsi, beynəlxalq arenada şəxsi nüfuzu hesabına həyata keçirən Heydər Əliyev Naxçıvanı sözün həqiqi mənasında fəlakətdən xilas etdi.

Vüqar Rəhimzadə qeyd edib ki, illər keçdikcə 1991-ci ilin 3 sentyabr tarixinin ölkəmizin həyatında xüsusi yeri daha aydın görünür. Ümumilikdə Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti Azərbaycanın müstəqilliyə gedən yolunun başlanğıcı kimi dəyərləndirilir. Naxçıvanda çalışdığı illərdə Ümummilli Liderin ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması oldu. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi planetimizin müxtəlif guşələrində yaşayan soydaşlarımızın birliyinə, həmrəyliyinə çağırış oldu. Dahi şəxsiyyət daim bildirirdi ki, Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır. Onun artıq dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” məşhur tezisi dünya azərbaycanlılarını eyni amal uğrunda birləşdirən şüar olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrildi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.

YAP Xətai rayon təşkilatının sədri Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsindəki xidmətlərindən bəhs edərkən hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən, 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasına da diqqəti yönəldib. Bildirib ki, xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olaraq 91 nəfər ziyalının dahi şəxsiyyətə müraciəti və Ümummilli Liderin bu təşəbbüsə dəstəyinin təsdiqi olan ziyalılara cavabı əsasında yaradılan Yeni Azərbaycan Partiyası məlum səbəblərdən təsis konfransını 1992-ci il noyabrın 21-də ölkəmizin müxtəlif regionlarından 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirdi. Yaradıcısı Ulu Öndər olan YAP ötən 30 ildən artıq dövrdə bütün sınaqlardan şərəflə çıxıb, tutduğu yola, əqidəsinə sadiqliyi ilə ilk gündən ümumxalq partiyası kimi nüfuz qazanıb. Ümummilli Liderin yaradıcısı olduğu YAP son 20 ilə yaxın zaman kəsiyində partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Vüqar Rəhimzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərini bir yazı çərçivəsində əhatə etməyin mümkünsüzlüyünü önə çəkərək bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi bu il anadan olmasının 100 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqamətini dərindən təhlil etməyə, yeni araşdırmaların aparılmasına, kitabların nəşrinə geniş imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndərin hakimiyyətinin hər iki dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində atdığı hər bir addımın təməlində Azərbaycanın müstəqil gələcəyi, xalqımızın azad, firavan həyatı dayanırdı. 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ümummilli Lider bu addımı ilə bir daha təsdiqlədi ki, hər zaman xalqının, dövlətinin yanındadır, onun üçün Azərbaycanın müstəqilliyinin qorunması əsasdır. Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi görmək dahi liderin ən böyük arzusu idi. O, bu arzusunun xeyli hissəsini 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi, bugünümüz üçün möhkəm təməl yaratdı. 2003-cü ildə xalqa tarixi müraciətində etimadın, inamın növbəti ünvanını göstərdi. Bildirdi ki, oğlu İlham Əliyevə özü qədər inanır. Dahi rəhbərin axıra çatdıra bilmədiyi işləri Prezident İlham Əliyev uğurla reallaşdırdı. Təbii ki, söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedirdi. Prezident İlham Əliyev Ümummilli Liderin hər bir arzusunu gerçəkləşdirdi. Tarixi Zəfərimiz isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın daha xoşbəxt gələcəyinə hesablanmış məqsədyönlü fəaliyyətinin zirvəsi oldu. Bu gün azad, dirçələn Qarabağ, Şərqi Zəngəzur Heydər Əliyev yolunun təqdimatıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq