Azərbaycanın olimpiya mükafatçısı “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb
Bakı, 19 may, AZƏRTAC
Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Qala mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qala gecəsində idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.
Mərasimdə Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən Azərbaycan taekvondoçusu, “Paris-2024”ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.
Tədbirdə Qaşım Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]