Azərbaycanın Polşadakı səfirinin “Euro info” jurnalında müsahibəsi dərc edilmişdir
Varşava, 18 aprel (AZƏRTAC). Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun bu ölkənin “Euro info” jurnalında müsahibəsi dərc edilmişdir.
H.Həsənov müsahibəsində Azərbaycan ilə Polşa arasında bütün sahələrdə faydalı əlaqələrin qurulduğunu bildirmişdir. O, iki ölkə arasında ticarət dövriyyəsinin 2013-cü ildə 2012-ci illə müqayisədə 20 faizdən çox artaraq 153 milyon dollardan artıq olduğunu qeyd etmişdir. Bundan başqa, turizm, bərpa olunan enerji mənbələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğu diqqətə çatdırılmışdır.
Səfir ölkələrimiz arasında idxal və ixrac olunan məhsulların böyük hissəsinin elektromexanika, kimya sənayesi, kənd təsərrüfatı məhsulları və metallurgiyadan ibarət olduğunu söyləmişdir. İqtisadi, ticarət və humanitar əlaqələrin daha da genişləndirilməsi məqsədilə bu il Azərbaycan-Polşa dövlətlərarası müştərək iqtisadi komissiyasının növbəti iclasının keçiriləcəyini qeyd edən H.Həsənov bu istiqamətdə səfirlik tərəfindən aidiyyəti qurumlarla iş aparıldığını bildirmişdir.
“Euro info” jurnalının Polşanın 30 şəhərində nümayəndəliyi vardır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]