AZƏRBAYCANIN QADIN GÜLƏŞÇISI ELVİRA MÜRSƏLOVA AVROPA ÇEMPİONATININ FİNALINA ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 3-də Finlandiyanın Tampere şəhərində keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan qadın güləşçilərindən Elvira Mürsəlova (59 kq) finala yüksəlmişdir.
Qadın idmançımız səkkizdəbir finalda polşalı Aqata Pietrjiki, dördəbir final mərhələsində ukraynalı Nataliya Sinişini, yarımfinalda isə belaruslu Tatyana Boxanı məğlubiyyətə uğradaraq Azərbaycan tarixində ilk dəfə finalda mübarizə aparmaq hüququ qazanmışdır. Elvira Mürsəlova həlledici görüşdə Tereze İda Nerellə (İsveç) ilə üz-üzə gələcəkdir.
Xatırladaq ki, digər idmançımız Mariya Kaçina (67 kq) isə yarımfinalda məğlub olsa da bürünc medal uğrunda görüşdə Anna Belyayeva (Belarus) ilə üz-üzə gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]