Azərbaycanın qadınlardan ibarət basketbol millisi Dünya Kubokunun seçmə mərhələsində son oyununa çıxıb
Bakı, 24 may, Cavid Əliyev, AZƏRTAC
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələsində son oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, B qrupunda mübarizə aparan yığma sonuncu matçda Latviya ilə qarşılaşıb. Görüş rəqibin 18:11 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra komandamız qrupdan çıxmaq şansını itirib.
Xatırladaq ki, milli ilk oyunda Misirə qalib gəlmişdi - 14:12.