Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Qarabağ ermənilərinə göstərdiyi diqqət Avropa ölkələri üçün nümunə olmalıdır - ŞƏRH

Azərbaycanın Qarabağ ermənilərinə göstərdiyi diqqət Avropa ölkələri üçün nümunə olmalıdır -  ŞƏRH

Bakı, 14 oktyabr, AZƏRTAC

Dünyada kolonializmin, etnik təmizləmənin əsasını qoyan dövlətlər bu gün Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham edirlər. Halbuki Azərbaycanın özü 30 il ərzində beynəlxalq hüququn pozulmasından ciddi əziyyət çəkib. Fransanın da himayə etdiyi Ermənistan uzun müddət BMT-nin qətnamələrini icra etməkdən yayınıb və Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayıb. Doğrudan da Prezident İlham Əliyevin qeyd etdiyi kimi, öz gözlərində tiri görməyən Avropa dövlətləri bizim gözümüzdə çöp axtarırlar. Onların anti-Azərbaycan siyasətləri, sadəcə, gülüş doğurur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Politoloqun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə bəyanata imza atan dövlətlər, xüsusilə də Fransa, Almaniya, ABŞ, İspaniya və digərləri müxtəlif dövrlərdə başqa ölkələrə və xalqlara qarşı dəfələrlə çoxsaylı cinayətlər törədiblər. “Fransanın Əlcəzairdə müsəlman olduqları üçün dinc insanlara qarşı törətdiyi soyqırımı insanlıq əleyhinə ən böyük cinayətlərdən hesab olunur. Bu gün də Fransa bəzi Afrika ölkələrində ordu saxlayır. Afrikada Fransa əleyhinə geniş etirazlar var. XXI əsrdə müstəmləkəçilik siyasəti yürüdən dövlətlərin Qarabağdan ermənilərin köçməsinin səbəbkarı kimi Azərbaycanı göstərməsi absurddur. Ermənilərin Qarabağdan köçməsinə səbəb uzun illər onlara təbliğ edilmiş etnik dözümsüzlüyün təsiridir. Ermənistan və hamiləri hər zaman ermənilərin reinteqrasiyasına mane olmağa cəhd ediblər. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan beynəlxalq tribunadan açıq bəyan edib ki, ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluq var. Bu cür zehniyyət sahibləri uzun müddət bizim torpaqları işğal altında saxladılar, yüz minlərlə azərbaycanlını öz dədə-baba torpaqlarından qovdular və onların geri dönüşünə ciddi şəkildə mane oldular. O zaman beynəlxalq birlik buna etiraz etmədi, Ermənistan cəzalandırılmadı. BMT-nin İnsan Hüquqları Şurası ermənilərin qayıdış məsələsini müzakirə edir, amma Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna toxunmur. Bir milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından qovulub, hazırda onlardan cəmi bir neçə mini vətənə qayıdıb, yüz minlərlə insan hələ də məcburi köçkün həyatı yaşayır. Amma sənəddə onlar haqda heç nə deyilmir”, - deyə R.Alıyev qeyd edib.

Fransanın Cənubi Qafqazı öz təsiri altında saxlamaq üçün ermənilərdən alət kimi istifadə etdiyini vurğulayan politoloq Parisin ayrı-seçkiliyinin, Azərbaycanın ünvanına əsassız ittihamlarının bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmaq niyyətindən başqa bir şey olmadığını diqqətə çatdırıb. Deyib ki, heç kəs Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda ittiham edə bilməz. Qarabağdan Ermənistana köçən ermənilər vətəndaşı olduqları ölkədə yaşamaq istəyiblər. Bu mənada, hüquqi baxımdan onlara “qaçqın statusu” vermək doğru deyil.

“Azərbaycan dövləti Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı xüsusi sayt yaradıb. Orada reinterasiya şərtləri ilə bağlı qaydalar ətraflı izah olunub. Təbii ki, əsas şərt ermənilərin Azərbaycan hökumətini tanıması və vətəndaşlığımızı qəbul etmələridir. Azərbaycan dövləti özü maraqlıdır ki, ermənilər qayıdıb Qarabağda yaşasınlar. Sentyabrın 19-da Azərbaycanın öz ərazisində həyata keçirdiyi antiterror tədbirləri zamanı heç bir yaşayış binası, uşaq bağçası, məktəb, xəstəxana xəsarət görmədi, bir nəfər də olsun mülki erməni zərər çəkmədi. Qarabağdan köçüb getmək istəyən ermənilər müsahibələrində Azərbaycandan heç bir inciklik etmədilər. Təbii ki, biz könüllü şəkildə Qarabağı tərk edən erməniləri burada zorla saxlaya bilmərik. Qarabağdan getmiş etnik ermənilərin say məsələsi də mübahisəlidir. 100 min nəfər deyirlər. Bu, inandırıcı deyil. Qarabağı tərk edən ermənilərin 10 mindən çoxu Ermənistan silahlı qüvvələrinin hərbçiləri və onların ailə üzvləridir. Digərlərinin mütləq əksəriyyəti işğal zamanı burada qanunsuz məskunlaşmış şəxslərdir. Bu gün onları “qaçqın” kimi təqdim edən Fransa və digər Qərb ölkələri faktiki olaraq qanunsuz məskunlaşmaya bəraət qazandırırlar. Bu gün Qarabağda qalıb yaşayan ermənilər var, onlar üçün hər cür şərait yaradılıb. Azərbaycan dövləti onları lazımi qida, dava-dərmanla təmin edir. Əslində, Azərbaycan dövlətinin uzun müddət onun ərazilərini işğalda saxlayan, azərbaycanlılara qarşı nifrət bəsləyən, sülh və sabitliyə qarşı çıxan Ermənistana və ermənilərə münasibəti bütün dünya dövlətləri üçün nümunə olmalıdır. Bizim yerimizdə Fransa, Almaniya, ABŞ kimi ölkələr olsaydı, daha sərt və amansız addımlar atardı”, - deyə R.Alıyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib