Azərbaycanın qılıncoynadanları dünya birinciliyində iştirak edəcəklər
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycanın qılıncoynatma üzrə milli komandası aprelin 3-dən 11-dək Misirin paytaxtı Qahirədə keçiriləcək yeniyetmə və gənclərin dünya birinciliyində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, qılıncoynatmanın sablya növündə Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov şəxsi yarışda, eyni zamanda gənclərin komanda yarışında qüvvəsini sınayacaq. Zərifə Hüseynova şəxsi, Aysel Əhədova isə yalnız gənclərin şəxsi yarışında mübarizə aparacaq.
Şpaqa növündə isə Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərov gənclərin şəxsi və komanda yarışında iştirak edəcək. Fuad Qurbanov isə yeniyetmə şpaqaçıların şəxsi yarışında debüt edəcək. Nazilə Rəhimova, Alfiya Abdinova, Azərin İdriszadə isə yeniyetmə və gənclərin şəxsi, bundan əlavə gənclərin komanda yarışında ölkəmizi təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]