Azərbaycanın qızlardan ibarət qılıncoynadanları III MDB Oyunlarında finala yüksəliblər
Gəncə, 7 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət əsas komandası III MDB Oyunları çərçivəsində yarımfinalda Özbəkistana qalib gəlib - 45:37.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, əsas komanda finalda Rusiya ilə qarşılaşacaq.
Sablya növü üzrə qızlardan ibarət ikinci komanda isə Rusiyaya 18:45 hesabı ilə uduzaraq bürünc medal qazanıb.