Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri İrana səfər edəcək
Tehran, 17 fevral, Rabil Kətanov, AZƏRTAC
Fevralın 22-də Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İran İslam Respublikasına səfər edəcək.
Qoşulmama Hərəkatına üzv dövlətlərin Tehranda keçiriləcək “Elm və innovasiya sahəsində əməkdaşlıq” mövzusundakı iclasında iştirak edəcək Əli Abbasov səfər çərçivəsində İran rəsmiləri ilə də görüşəcək.
Görüşlərdə Azərbaycan ilə İran arasındakı qarşılıqlı əlaqələrin genişləndirilməsi və perspektivləri müzakirə ediləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri,
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]
Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır
- 16.06.2026 [16:21]
Münaqişə başa çatdı, neft ucuzlaşdı
- 16.06.2026 [16:02]