Azərbaycanın Rusiyadakı səfiri barəsində yayılan məlumat təxribatdır
Moskva, 5 noyabr (AZƏRTAC). Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, www.avropa.info saytında B.Hüseyn adlı birisinin imzası ilə dərc olunmuş “Azərbaycanın Rusiyadakı səfiri xüsusi reyslə Bakıya gətirilmişdir” başlıqlı informasiya həqiqətə uyğun deyildir və təxribatdır.
Hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Moskvada vəzifələrini icra edir və bu gün, noyabrın 5-də iş qrafikinə uyğun olaraq, müsəlmanların Yeni ilinin qeyd edilməsi münasibətilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun verdiyi ziyafətdə iştirak edəcəkdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]