Azərbaycanın taekvondo yığması Antalyada 7-ci medalını qazanıb
Bakı, 15 fevral, AZƏRTAC
Taekvondo üzrə Azərbaycan milli komandası Antalyada keçirilən Türkiyə açıq çempionatında daha bir medal qazanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında mübarizə aparan yığmanın heyətində Cavad Ağayev fəxri kürsüyə qalxıb.
74 kiloqram çəki dərəcəsində yarışan idmançı çempionatı bürünc medalla başa vurub.
Bununla da, Azərbaycan millisinin Antalyada qazandığı medalların sayı 7-yə çatıb. Böyüklərdə 3-cü olan C. Ağayevdən öncə yeniyetmələrin mübarizəsində Hüseyn Abbaslı (148 santimetr), Məryəm Cəfərova (152 santimetr) qızıl, Murad Canəliyev (152 santimetr), Novruz Əliyev (168 santimetr), Çingiz Həsənov (172 santimetr) gümüş, Gülay Əliyeva (160 santimetr) isə bürünc mükafata sahib olublar.
Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev isə turnirin ən yaxşı referisi seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]