İDMAN
Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirində 1/4 final mərhələsinin döyüşlərinə start verilib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Bakı Boks Mərkəzində təşkil edilən yarışda 5 çəki dərəcəsində yarımfinalçılar bəlli olub.
Mərhələ adlayanlar arasında Azərbaycan millisinin 3 boksçusu da var.
Yarımfinala vəsiqə qazananlar özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışın üçüncü günündə 16 görüş olacaq. Turnirin qaliblərinin adlarına dekabrın 22-də aydınlıq gələcək.
1/4 final mərhələsi
48 kiloqram
Abay Toleybekov (Qazaxıstan) - Ucal Musayev (Azərbaycan) - 5:0
Muinxuja Muminov (Tacikistan) - Ramal Yolçiyev (Azərbaycan) - 3:2
Rövşən Bünyatov (Azərbaycan) - Ayaz Tağızadə (Azərbaycan) - 0:5
Fərid İsmayılzadə (Azərbaycan) - Bilalhəbəşi Nəzərov (Azərbaycan) - 0:5
51 kiloqram
Dias Berikbay (Qazaxıstan) - Bexultan Boranbek (Qazaxıstan) - 1:4
54 kiloqram
Anuşervon Fozilov (Tacikistan) - Favaz Aluhaybi (Səudiyyə Ərəbistanı) - ikinci döyüşə gəlməyib
Aydak Kadirxan (Qazaxıstan) - Müslim Davletkayev (Rusiya) - 3:2
Yerasil Amanqaliyev (Qazaxıstan) - Qurban Həsənov (Rusiya) - 5:0
60 kiloqram
Orucəli Cavadzadə (Azərbaycan) - Bek Joldaşbek (Qazaxıstan) - 0:5
Tofiq Zairov (Azərbaycan) - Vaqif Hacıyev (Azərbaycan) - 5:0
Ayxan Heydərov (Azərbaycan) - Canarslan Temirbiyev (Rusiya) - 0:5
71 kiloqram
İbrahim Nəcəfov (Azərbaycan) - Ayxan Əliyev - ikinci tam üstünlüklə qalib gəlib
75 kiloqram
Şerbek Şokirov (Özbəkistan) - Sanjar-Ali Beqaliv (Qazaxıstan) - 0:5
Damir Sineyev (Qazaxıstan) - İmamrza Sadıxzadə (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib
+92 kiloqram
Maqomedxan Malaçiyev (Rusiya) - İlkin Məmmədli (Azərbaycan) - 5:0