Azərbaycanın xarici işlər naziri Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edəcək
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 7-də Strasburq şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü iclasında iştirak etmək üçün Fransaya işgüzar səfər edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarovun sözügedən tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.