Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycanın yeni inkişaf konsepsiyası və milli kimlik” - BSU-da konfrans

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) “Zəfər Həftəsi” çərçivəsində “Konstitusiya və Suverenlik İli” Tədbirlər Planına uyğun olaraq Zəfərin 5 illiyinə həsr olunmuş “Azərbaycanın yeni inkişaf konsepsiyası və milli kimlik” mövzusunda konfrans keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri açan BSU-nun rektoru Anar Nağıyev Zəfərin 5 illik yubileyinin milli qürur və məsuliyyət hissi ilə qeyd olunduğunu vurğulayaraq bu Zəfərin bizə yaşatdığı sevincin həm də böyük məsuliyyət yaratdığını qeyd edib.

A.Nağıyev tədbirin əsas məqsədinin Azərbaycanın inkişaf konsepsiyası və milli kimlik məsələlərinin Zəfər Günü kontekstində müzakirəsi olduğunu bildirib. Rektor qeyd edib ki, Qələbənin bizə bəxş etdiyi tarixi və mənəvi nəticələrin ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən dərindən öyrənilməsi vacibdir. Onun sözlərinə görə, Zəfərdən sonra Azərbaycan xalqının dünyagörüşü, özünə və cəmiyyətə baxışı dəyişib, nəticədə xalq daha da bütövləşmiş və möhkəmlənmiş bir millətə çevrilib. Rektor vurğulayıb ki, bu dəyərlər çərçivəsində vətəndaş institutu, fərdi məsuliyyət və milli özünüdərk anlayışları daha da güclənib. Bu səbəbdən də belə tədbirlərin və elmi müzakirələrin keçirilməsi son dərəcə vacibdir.

Çıxışında A.Nağıyev Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirdiyi fikirlərə də istinad edib. O bildirib ki, “Yeni dövrün Azərbaycanı” anlayışı dövlətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən konseptual çərçivədir və bu dövrdə Azərbaycançılıq ideologiyası əsas ideya dayağı kimi çıxış edir. Rektor Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının əhəmiyyətini vurğulayaraq, ailə və məktəb institutlarının qalib Azərbaycanın gələcəyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

O, ali təhsil müəssisəsi olaraq gələcəyin vətəndaşını formalaşdırmaq üçün yeni yanaşmalar müəyyənləşdirməli olduğunu və bunun milli kimlik konsepsiyasının əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Rektor vurğulayıb ki, BSU-da ölkəmizin nailiyyətləri, dövlət siyasəti və rəhbərimizin müəyyən etdiyi istiqamətlərə dair məsələlərin müzakirəsi məqsədilə mütəmadi olaraq tədbirlər və konfranslar keçirilir. Bu tədbirin də həmin ənənənin davamı olduğunu bildirən rektor qeyd edib ki, 2024-cü ildən etibarən “Yeni dövrün Azərbaycanı” çağırışı və “Konstitusiya və Suverenlik İli” çərçivəsində universitet tərəfindən ölkə daxilində və xaricdə bir sıra konfrans və seminarlar təşkil edilib.

Sonda A.Nağıyev bildirib ki, BSU ölkəmizin mədəniyyəti, dövlət siyasəti və təhsil strategiyasına uyğun olaraq fəaliyyət göstərir və bu istiqamətdə mühüm müzakirələr aparır. Bu fəaliyyətin əsas məqsədi maarifləndirməni genişləndirmək və təhsil proseslərinin keyfiyyətini artırmaqdır.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, konfransın böyük Zəfərin 5 illiyinə, həmçinin qarşıdan gələn Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunması böyük rəmzi məna daşıyır. O qeyd edib ki, 8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyevin müdrik rəhbərliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində qazanılmış tarixi Qələbənin təntənəsidir və bu Azərbaycanın qalib xalq kimi milli kimliyini bütün dünyaya nümayiş etdirib. F.Qurbanov vurğulayıb ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təkcə hərbi-siyasi deyil, sosial-iqtisadi sahədə də mühüm nailiyyətlər qazanıb, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi bu istiqamətdə strateji yol xəritəsi rolunu oynayıb. O, həmçinin qeyd edib ki, qloballaşma dövründə milli kimliyin, milli-mənəvi dəyərlərin və Azərbaycançılıq ideologiyasının qorunması və təhsildə bu dəyərlərin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Milli Məclisin deputatları Zahid Oruc və Sahib Alıyev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışlarında qeyd ediblər ki, Zəfərdən sonra formalaşan milli özünüdərk və dövlətçilik ideyaları ölkənin yeni inkişaf konsepsiyasının ideoloji əsasını təşkil edir. Bu baxımdan ali təhsil müəssisələrində elmi diskussiyalar və ictimai debatların təşkili mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, çıxışçılar Azərbaycanın Zəfərindən qaynaqlanan milli birlik, dövlətçilik və vətənpərvərlik ruhunun qorunması, eləcə də gənc nəslin bu dəyərlər əsasında yetişdirilməsinin vacibliyini vurğulayıblar.

Daha sonra tədbirdə qeyd olunub ki, Laçın şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı seçilib. Bu münasibətlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı Xüsusi Nümayəndəliyinin, Elm və Təhsil Nazirliyinin, BSU-nun və MDB-yə Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Can Laçın” adlı məqalə müsabiqəsinin, eləcə də BSU-nun “Konstitusiya və Suverenlik İli” Tədbirlər Planı çərçivəsində bu ali təhsil müəssisəsinin tələbələri arasında “Suveren Azərbaycan: keçmişdən gələcəyə” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb