Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN YENİ TARİXİ: TƏRƏQQİ VƏ DEMOKRATİYA

Belarus Respublikasında çıxan “Zvezda” qəzetinin 2 sentyabr tarixli 164-cü nömrəsində MDB Qiymətləndiricilər Cəmiyyətləri Şurasının baş direktoru Nikolay Trifonovun “Azərbaycanın yeni tarixi: tərəqqi və demokratiya” adlı məqaləsi dərc edilmişdir. AZƏRTAC həmin məqaləni təqdim edir.

Əgər soruşsalar ki, nə üçün Belarus-Azərbaycan münasibətlərindən bəhs edən məqalə yazdırmaq qərarına gəldin, cavab verərəm ki, məni bu ölkə və xalq həmişə maraqlandırmışdır. Zaman ötdükcə isə azərbaycanlı həmkarım, gözəl insan, uzun müddət MDB Qiymətləndiricilər Cəmiyyətləri Şurasının (MDB QCŞ) sədri olmuş, hazırda isə təşkilatın sədr müavini, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı ilə 15 illik dostluğum bu marağı daha da dərinləşdirdi. MDB QCŞ-də fəaliyyətimlə əlaqədar tez-tez Azərbaycanda keçirilən müxtəlif beynəlxalq miqyaslı tədbirlərdə iştirak etmişəm. Bizi təkcə ictimai-siyasi proseslərə ümumi baxışlarımız deyil, həm də ölkələrimizin qarşısında duran oxşar iqtisadi vəzifələr, o cümlədən mülkiyyətin müstəqil qiymətləndirmə sistemini yaratmaq və inkişaf etdirmək zərurəti birləşdirirdi.

Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Respublikası 200 beynəlxalq konvensiyaya qoşulmuşdur ki, bunların da 40-dan çoxu bilavasitə insan hüquq və azadlıqları problemi ilə əlaqədardır. Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, 1994-cü il Azərbaycanın tarixində xüsusi yer tutur. Həmin il məşhur “Əsrin müqaviləsi” imzalanmış və bununla da nəinki Azərbaycanın yeni neft strategiyası start götürmüş, habelə ölkənin modernləşdirilməsinin yeni mərhələsi başlanmış, inkişafın və iqtisadi islahatların mahiyyətinə görə yeni “Azərbaycan modeli” yaranmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi dünya miqyaslı hadisəyə çevrilmişdir. Bu layihənin miqyası o qədər böyükdür ki, Xəzər dənizindən Aralıq dənizinədək geniş bir regionun geosiyasi vəziyyətinə təsir göstərir.

15 ildən sonra (1993-2007-ci illər) əminliklə demək olar ki, Azərbaycan hökumətinin iqtisadiyyatın yeniləşdirilməsi və inkişafı istiqamətində həyata keçirdiyi səylər öz bəhrəsini vermişdir. Bu gün Azərbaycan regionun yüksək inkişaf etmiş sənayeyə və kənd təsərrüfatına malik ölkəsidir. 2007-ci ildə Azərbaycanda ÜDM istehsalı 25 faiz artmışdır. Ölkənin strateji valyuta ehtiyatı, Dövlət Neft Fondunun vəsaitləri də daxil olmaqla 7,2 milyard manatdan çoxdur.

Son dörd ildə əhalinin gəlirləri 2,5 dəfə, orta aylıq əmək haqqı 2,8 dəfə artmışdır. Sosial yönümlü tədbirlər sayəsində respublikada yoxsulluğun səviyyəsi 2003-cü ildəki 45 faizdən 2007-ci ildə 16 faizədək azalmış, paytaxtda və ilk növbədə bölgələrdə 600 mindən çox yeni iş yeri açılmış, iqtisadi artım 96 faiz təşkil etmişdir. Bu, dünyada ən yüksək göstəricidir.

Demokratik seçkilər müasir dövlətin simasıdır. Bu, Azərbaycanda 2005-ci ilin parlament seçkilərində bir daha sübuta yetirilmişdir.

Azərbaycan cəmiyyətinin demokratikləşmə istiqamətində aşkar uğurlarını qeyd edən Avropa Şurasının baş katibi T.Devis “Trend” agentliyinə müsahibəsində bildirmişdir ki, Azərbaycan siyasi mədəniyyət sahəsində Avropaya çox şey verə bilər. Ölkədə qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi diqqət yetirilir. Xalqın rifahı naminə çox işlər görmüş belə qurumlardan biri ümummilli liderin iradəsinin və vəsiyyətinin real təcəssümü olan Heydər Əliyev Fondudur. Fondun çoxşaxəli fəaliyyətinin devizi Mehriban Əliyevanın “Biz sübut etdik ki, inam, işi düzgün qurmaq bacarığı varsa, istənilən problem ən qısa müddətdə öz həllini tapır” sözləridir.

Hazırda Azərbaycan 1120 ölkə ilə ticarət aparır, respublikada 60 mindən çox orta və kiçik sahibkarlıq müəssisəsi fəaliyyət göstərir.

İki müstəqil dövlətin paytaxtları - Bakı və Minsk arasında ikitərəfli əməkdaşlığın tarixi öz başlanğıcını 1993-cü il iyunun 1-dən - Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan götürür. 15 ildə Belarus-Azərbaycan tərəfdaşlığının güclü ənənələri yaranmış, onların əsasını dostluq, qarşılıqlı hörmət və anlaşma təşkil etmişdir. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfəri zamanı demişdir: “Bir ölkənin tərkibində yaşadığımız dövrlərdən bizdə yaxşı hisslər qalmışdır. İnanın ki, Siz Avropanın mərkəzində yaxşı dayaq, yaxşı, etibarlı dostlar tapmısınız. Biz isə əminik ki, iqtisadi, siyasi, diplomatik baxımdan burada, Cənubi Qafqazda çox yaxşı dayaq tapmışıq”.

Bu gün, Azərbaycan və Belarusun iqtisadi artım sürətinə görə postsovet məkanında lider olduqları bir vaxtda ikitərəfli əməkdaşlığa maraq daha da artır. Təcrübə göstərir ki, iki ölkənin potensialının hətta qismən birləşdirilməsi hər iki tərəf üçün hissediləcək sosial-iqtisadi səmərə verə bilər.

İkitərəfli əməkdaşlığın nəticələrini qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Artıq bu gün Azərbaycanda Belarus müəssisələrinin məhsulu istehsal olunur, energetika, neft-qaz əməliyyatları, maşınqayırma, müdafiə sənayesi sahələrində fəal əməkdaşlığın konturları müəyyən edilir. Humanitar sahədə, hərbi-texniki sahədə əməkdaşlıq fəal gedir. Biz bu əlaqələri tərəfdaşlığımız üçün çox mühüm hesab edirik”.

Bu gün Belarus və Azərbaycanı əməkdaşlıq haqqında 50-dək saziş, o cümlədən iki ölkənin elmlər akademiyaları arasında 2010-cu ilədək əməkdaşlıq proqramı, milli banklar, Azərbaycanın Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Belarus Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında, dövlət əmlakının idarə olunması və özəlləşdirmə, standartlaşdırma və metrologiya, baytarlıq, karantin və bitkilərin mühafizəsi, məxfi informasiyanın qarşılıqlı mühafizəsi sahələrində sazişlər, habelə hər iki ölkənin Azərbaycanda və Belarusda müvəqqəti işləyən vətəndaşlarının əmək fəaliyyəti haqqında saziş bağlanmışdır. Hər iki dövlətin ali qanunvericilik orqanlarında parlamentlərarası əməkdaşlığın inkişafı, o cümlədən müxbir hesablarının açılması üçün resursların cəlb olunması, birgə investisiya layihələri, sindikatlaşdırılmış kreditlər və s. üzrə deputat qrupları yaradılmışdır. Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan komissiyası uğurla işləyir. Bu gün 2015-ci ilədək olan dövr üçün ölkələr arasında uzunmüddətli sosial-iqtisadi əməkdaşlıq proqramının reallaşdırılması diqqət mərkəzindədir. Belarus parlamenti Nümayəndələr Palatasının sədri V.Popovun başçılığı ilə parlament nümayəndə heyətinin Azərbaycan parlamentinin 90 illiyi münasibətilə yubiley tədbirlərində iştirakı ikitərəfli münasibətlərin inkişafında əlamətdar hadisə olmuş, siyasi dialoqun səviyyəsinin inkişafına və təcrübə mübadiləsinə kömək etmişdir.

Qiymətləndiricilər peşə fəaliyyətləri ilə bağlı iqtisadiyyatın nəbzini tuturlar. Müasir şəraitdə bütün strateji reallıqlar göstərir ki, Azərbaycan bu gün demokratik tərəqqi və quruculuq yolunda qətiyyətli addımlarla irəliləyir, dünyanın bütün ölkələri ilə dostluq münasibətlərini inkişaf etdirir.

Nikolay Trifonov

MDB Qiymətləndiricilər Cəmiyyətləri

Şurasının baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib