Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Zəfər Günü Pakistan Milli Assambleyasında təntənəli şəkildə qeyd olunub VİDEO

İslamabad, 10 noyabr, АZƏRTAC

Pakistan Milli Assambleyasında Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Pakistan Milli Assambleyasının spiker müavini Qasım Xan Suri, Milli Assambleyada Pakistan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Murtaza Cavid Abbasi, Azərbaycan Respublikası Milli Məclsinin üzvü Mahir Abbaszadə, Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul və Pakistan Milli Assambleyasının üzvləri iştirak ediblər.

Azərbaycan, Pakistan və Türkiyənin Dövlət himnləri səsləndikdən sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov qonaqları salamlayıb və Milli Assambleyanın spiker müavininə və Milli Assambleyada Pakistan-Azərbaycan Dostluq Qrupunun rəhbərinə Zəfər Günü ilə əlaqədar təşkil etdikləri tədbirə görə təşəkkürünü bildirıb. Ermənistanın 30 ilə yaxın davam edən işğalına 44 günlük Vətən müharibəsinin son qoyduğunu deyən X.Fərhadov Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğunu və ölkəmizin BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrini təkbaşına yerinə yetirdiyini xüsusi vurğulayıb. Səfir Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin artıq mövcud olmadığını, Azərbaycan Respublikası Prezidentinin bu il iyulun 7-də imzaladığı sərəncamla Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldığını diqqətə çatdırıb.

Səfir, həmçinin 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü olduğunu və bu günün Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla təsis edildiyini bildirib.

Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyinin dost və qardaş ölkələr tərəfindən dəstəkləndiyini ifadə edən X.Fərhadov ilk gündən qardaş Türkiyə və Pakistanın güclü siyasi və mənəvi dəstəyinin olduğunu bildirib. O, Pakistan Senatının, Milli Assambleyasının Ermənistanın Azərbaycana qarşı təcavüzünü, işğalçılıq siyasətini pisləyən, ölkəmizin haqlı mövqeyini dəstəkləyən qətnamələr qəbul etdiyini deyib, Vətən müharibəsi zamanı ölkəmizə göstərilən dəstəyə görə Pakistan hökumətinə, xalqına, Senata, Milli Assambleyaya dərin təşəkkürünü bildirib. Səfir deyib ki, Azərbaycan Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsini dəstəkləyir.

Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələrdən söhbət açan Murtaza Cavid Abbasi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın Qələbəsinin birinci ildönümünün Pakistan parlamentində qeyd olunması Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsinin göstəricisidir. Ölkələrimiz və xalqlarımız arasında dostluq və qarşılıqlı etimadın daha da möhkəmlənəcəyini bildirən Murtaza Cavid Abbasi Azərbaycanı şanlı Qələbə münasibətilə təbrik edib.

Azərbaycan Milli Məclisinin üzvü Mahir Abbaszadə çıxışında Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını və xoş arzularını tədbir iştirakçılarına çatdırıb, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi, Pakistanın bu illər ərzində hər zaman ölkəmizi dəstəklədiyini bildirib, bu dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə dayandığını qeyd edib. Deputat Vətən müharibəsi zamanı Pakistanın verdiyi mənəvi və siyasi dəstəyin dostluq və qardaşlıq rəmzi olduğunu bildirib və təşəkkür edib.

İhsan Mustafa Yurdakul Azərbaycan Respublikasının torpaqlarının 20 faizinin 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlandığını, beynəlxalq ictimaiyyətin bu haqsızlığa göz yumduğunu təəssüf hissi ilə qeyd edib.

44 günlük müharibədən bəhs edən səfir BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən icra edildiyini vurğulayıb, Türkiyə və Pakistanın hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu diqqətə çatdırıb, Qələbə münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib.

Qasım Xan Suri bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və bu gün Azərbaycanla Pakistan arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igid Azərbaycan əsgər və zabitlərini dərin hörmət və ehtiramla yad edən Qasım Xan Suri torpaqların Ermənistan işğalından azad olunması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. Qasım Xan Suri Pakistanın Azərbaycanı özünə qardaş ölkə hesab etdiyini, hökümətlərarası əlaqələrlə yanaşı xalqlarımız arasında əməkdaşlığın dərinləşməsinin vacib olduğunu, beynəlxalq və regional məsələlərdə Azərbaycanın Pakistana verdiyini dəstəyin söyləyib. O, Azərbaycanın Kəşmir məsələsində dəstəyini xüsusi vurğulayıb və bu amili yüksək qiymətləndirib.

Qasım Xan Suri və Murtaza Cavid Abbasi səfir Xəzər Fərhadovu və Mahir Abbaszadəni Milli Assambleyada keçirilən sessiyaya qonaq qismində dəvət ediblər. Milli Assambleyanın sessiyasına sədrlik edən Qasım Xan Suri açılış nitqində səfirə və deputata Milli Assambleyada iştirak etdikləri üçün təşəkkürünü bildirib, Qələbə münasibətilə onlara bir daha təbrikini çatdırıb.

Sonra çıxış edən sabiq spiker Sərdar Ayaz Sadiq 8 Noyabr - Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edərək Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyulduğunu və tarixi torpaqların geri qaytarıldığını vurğulayıb və Kəşmir məsələsində Azərbaycanın mövqeyinə görə təşəkkürünü bildirib. Sərdar Ayaz Sadiq Azərbaycanın Qələbəsinin birinci ildönümünün Pakistan parlamentində qeyd edilməsinin ilk tarixi hadisə olduğunu diqqətə çatdırıb, Pakistan xalqının Azərbaycanın yanında olduğunu vurğulayıb.

Sessiyada iştirak edən Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi öz çıxışında səfiri və nümayəndə heyətini salamlayıb, Azərbaycanın həmişə Pakistanın yanında olduğunu və eyni zamanda Pakistanın Azərbaycanı bütün məsələlərdə dəstəklədiyini vurğulayıb, Azərbaycanı şanlı Qələbə münasibətilə təbrik edib. Nazir, həmçinin Assambleya üzvlərinə bildirib ki, Pakistan və Türkiyə bayraqları müharibə zamanı Ermənistan işğalından azad edilmiş ərazilərdə dalğalanıb. Şah Mahmud Qureyşi Azərbaycana Kəşmir üzrə kontakt qrupunun üzvü kimi həmişə Pakistanı dəstəklədiyi üçün təşəkkür edib, Pakistan xalqının həmişə Azərbaycan xalqının yanında olduğunu bildirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Azərbaycanın Zəfər Günü Pakistan Milli Assambleyasında təntənəli şəkildə qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-ffda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib