AZƏRBAYCANLA UKRAYNANIN HƏRBİ SAHƏDƏ MÜNASİBƏTLƏRİ YAXŞI VƏZİYYƏTDƏDİR
Səfir Boris Aleksenko ölkəsində mövcud siyasi, iqtisadi vəziyyət, Ukraynada prezident seçkilərinə hazırlıq və Silahlı Qüvvələrdə aparılan islahatlar barədə məlumat vermiş və demişdir ki, cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoymuşdur.
Müdafiə nazirinə təqdim olunan yeni hərbi attaşe Yuri Yuzko tərcümeyi-halı və keçdiyi hərbi xidmət yolu haqqında məlumat vermişdir.
General-polkovnik Səfər Əbiyev bildirmişdir ki, Ukrayna Azərbaycanda öz Silahlı Qüvvələrinin hərbi attaşesini təyin edən ilk dövlətlərdən biridir. Azərbaycan strateji müttəfiqi kimi Ukrayna ilə ikitərəfli münasibətlərini yüksək qiymətləndirir. İki dövlətin hərbi əlaqələri yüksələn xətlə inkişaf edir.
Nazir sabiq hərbi attaşe, polkovnik Vladimir Qapelikə ölkəmizdə səmərəli xidmətə görə təşəkkürünü bildirmiş, yeni hərbi attaşeyə Azərbaycan-Ukrayna hərbi əlaqələrinin yeni səviyyəyə qalxmasında uğurlar arzulamışdır.
Görüş zamanı Cənubi Qafqaz regionundakı mövcud hərbi-siyasi vəziyyət barəsində fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]